MHP Elçibəyi yad etdi

Türkiyənin Milliyətçi Hərəkat Partiyası Əbülfəz Elçibəyin vəfatının 17-ci ildönümünü qeyd edib.
 
Partiyanın rəsmi Tviter hesabında eks-prezident barədə yazılıb.
“Vəfatının 17-ci ilində böyük fikir və mübarizə insanı, qardaş ölkə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi rəhmət və sevgi ilə anırıq”, - MHP-nin sosial şəbəkə hesabında yazılıb.
Qeyd edək ki, mərhum prezident Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə dünyasını dəyişib.