MHP-dən gedən Koray Aydın Meral Akşenerin hərəkatına qatıldı
Milliyətçi Hərəkat Partiyasından istefa verən Koray Aydın Meral Akşenerin hərəkatına qatıldı.
CNN Türk bildirir ki, Meral Akşenerin də, iştirak etdiyi mətbuat konfransında danışan Koray Aydın “Pişkin iktidardan sandık önünde hesap sormaya geliyoruz” -deyib.
2019-cu il Cümhurbaşqanı seçimlərində namizədlərinin Meral Akşener olduğunu açıqlayan Koray Aydın MHP-dən istehfa verməyinin səbəbini partiyanın qurucusu olan Başbuğ Alparslan Türkeşin qoyub getdiyi dəyərlərə sayqı duyulmadığını, partiya daxilindəki antidemokratik durumun olduğuna bağlamış. Mətbuat konfransındakı çıxışının həyatında ən önəmli qərar olduğunu vurğulayan Koray Aydın yeni bir yol başlatdıqlarını bəyan edib.
Xatırladaq ki, Meral Akşenerin 2015 seçkilərində MHP tərəfindən namizədliyi irəli sürülmədi. Bundan sonra o partiyadan istefa verib, yeni partiya yaradacağını bildirmişdi.