​MHP-dən Bransonun azadlığa çıxmasına reaksiya: Siyasi şantajın gücü

Baxış sayı:
2251

Rahib Endryu Bransonun azadlığa buraxılması milli vicdanı narahat edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
“Türkiyə əleyhinə fəaliyyətlərin mərkəzində yer alan, terror qrupları ilə əlaqəsi sübuta yetirilmiş şəxsin siyasi təzyiq və şantajlarla azadlığa buraxılması olduqca düşündürücüdür”, - deyə Baxçalı bildirib.
Qeyd edək ki, Branson bu gün azadlığa buraxılıb.