Məhəmməd peyğəmbərin karikaturasını yayan saytlara giriş məhdudlaşdırıldı

Türkiyədə Diyarbəkir II Sülh Cəza Məhkəməsi “Charlie Hebdo” jurnalının yeni sayının üz qapağındakı karikaturaya görə bəzi internet saytlarına girişi məhdudlaşdırmaq haqqında qərar verib.

“Hürriyyet” qəzetinin verdiyi məlumata görə, Məhəmməd peyğəmbərin karikaturasını yayan saytların karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması tələbi ilə vəkil Ercan Ezgin çıxış edib.

Vəkilin tələbinə haqq qazandıran məhkəmə 4 saytın – birgun.net, t24.com, internethaber.com və thelira.com saytlarının karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması haqqında qərar qəbul edib.

Hər kəsin ifadə azadlığı haqqına sahib olduğunu deyən məhkəmənin hakimi Özcan Kuşatan digər insanların da haqlarının qorunmasının vacibliyini vurğulayıb.