Məhəmməd peyğəmbərə qalmaqal karikatura müsabiqəsi ləğv olundu!

Baxış sayı:
2449

Hollandiyada ifrat sağçı Azadlıqlar Partiyasının (PVV) lideri Geert Wilders tərəfindən keçirilməsi planlaşdırılan Həzrəti Məhəmməd mövzusunda karikatura müsabiqəsi ləğv edilib.
 
Wilders, sosial mediadan bölüşdüyü mesajda, təhlükəsizlik səbəbilə "Həzrəti Məhəmməd" adlı karikatura müsabiqəsini ləğv etdiyini bildirib.
 
BÜTÜN HOLLANDİYANIN TƏHLÜKƏSİZLİYİ TƏHLÜKƏDƏ
 
Wilders, bölgüsündə, təkcə özünün deyil, bütün Hollandiyanın təhlükəsizliyinin təhlükədə olduğunu qeyd edib.
 
İSLAMA QARŞI MÜBARİZƏYƏ DAVAM EDƏCƏYƏM
 
Vilders, İslama qarşı mübarizəsinin davam edəcəyini və heç bir təhdidin onu dayandırmayacağını bildirib.
Müxalifət.az