​"Məhəmməd Ordusu" Əsədə qarşı hücuma keçdi

Suriyanın Dəra mahalındakı müxalif qüvvələr uzun müddətdən sonra Dəməşqin qərbində mühasirədə saxlanılan Qərbi Quta bölgəsinə gəlməyi bacarıblar.

Muxalifet.az xəbər verir ki, “Məhəmməd Ordusu” adlı qərargah yaradan müxaliflər Hadr qəsəbəsinin düzənlik ərazilərini ələ keçirib.
Daha sonra Beyt Cin və digər qəsəbələr arasında əlaqə yaradılıb.
Qərargah rəhbəri Abdullah Əhməd təmsil olunduğu blokun “Harmun zəncirlərini qırma” əməliyyatını başlatdığını bildirib:
“Məqsəd Harmun kəndi və ətraf ərazilərin mühasirədən çıxarılması və təzyiqin müəyyən dərəcədə azaldılmasıdır”.