Məhəmməd Mursi Qahirədə dəfn edildi: Çevrilişçi Sisi nəşindən belə qorxdu

Baxış sayı:
169

Misirin həbsdə olan sabiq prezidenti Məhəmməd Mursi sıx təhlükəsizlik tədbirləri altında ailəsi və vəkillərinin müşayiəti ilə Qahirənin şərqində yerli saatla 05.00-da dəfn edildi.
 
Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin cənazəsi Qahirədə sıx təhlükəsizlik tədbirləri altında yerli saatla 05.00-da Qahirədə dəfn edilib.
Alınan məlumata görə, Məhəmməd Mursinin dəfni əsnasında sıx təhlükəsizlik tədbirləri alınıb.
Mursinin cənazəsi Qahirənin şərqində, Medinet Nəsr səmtindəki Müsəlman Qardaşların (İhvan) mürşidlərinin dəfn edildiyi qəbirisitanlıqda torpağa verilib.
Yerli saatla 05.00-da reallaşdırılan dəfnə Mursinin ailəsi və vəkillərinin xaricində kimsə qatılmayıb.
 
Məhkəmə salonunda vəfat etdi
 
Qeyd edək ki, Misirdə hərbi çevrilişlə iqtidardan uzaqlaşdırılan 67 yaşındakı Mursi, "casusluq" ittihamıyla mühakimə olunduğu məhkəmə salonunda vəfat edib.
Məhəmməd Mursi keçmiş prezident Hüsnü Mübarəyi istefaya məcbur edən 2011-ci ildəki xalq inqilabından sonra 2012-də ölkə tarixində demokratik seçki ilə vəzifəyə gələn ilk dövlət başçısı olmuşdu.
Müxalifət.az