Məhəmməd Əli yenidən xəstəxanaya düşdü

Dünya şöhrətli amerikalı boksçu Məhəmməd Əli yenidən xəstəxanaya düşüb.

Milli.az Rusiya KİV-nə istinadən bildirir ki, boksçu sidik kanallarının infeksiyasının müalicəsi üçün xəstəxanaya yerləşdirilib.

Bununla belə, Məhəmməd Əli 73-cü ad gününü (17 yanvar) qeyd etməyi də planlaşdırır.

Xatırladaq ki, idmançı bundan əvvəl dekabrın 21-də xəstəxanaya yerləşdirilmişdi. O vaxt boksçu böyrəklərin iltihabına görə həkimlərə üz tutmalı olmuşdu. Onun hansı klinikada qaldığı gizlədilirdi.

Boksçu 1984-cü ildən bu yana Parkinson xəstəliyindən də əziyyət çəkir.