Məhkumların son sözləri: Sevgi

ABŞ-da aparılan araşdırma nəticəsində edam cəzasına məruz qalan məhkumların son sözləri müəyyənləşdirilib.
 
31 ştatda qüvvədə olan edam cəzasına yalnız qətl hadisəsi törədənlər məruz qalır. Məhkumlara ölümdən əvvəl danışmaq hüququ verilir.
Edam cəzası verilmiş 500 nəfər arasında aparılan araşdırmada ən çox istifadə edilən sözün "Love" yəni "Sevgi" olduğu məlum olub. İkinci sırada isə "ailə" sözü yer alıb.
Növbəti sıralarda "Təşəkkürlər", "Məyusam", "Tanrı", "Ümid", "Bağışlamaq", "İsa", "Sülh", "Həyat" kəlmələri qərarlaşıb. "Nəzarətçi", "Güclü", "Əzab", "Ölüm", "Ürək", "Sevgili", "Hazır olmaq" sözləri də ən çox istifadə edilənlər arasındadır. Müsəlman məhkumlar isə daha çox "Allah" kəlməsindən istifadə edir.
"Peşmanlıq", "Məsumiyyət" kəlmələri isə nadir hallarda işlədilən sözlər olub./qaynarinfo.az