Məhkumlar həbsxananı yandırdı: 2 ÖLÜ, 10 YARALI

ABŞ-ın Şimali Karolina əyalətində yerləşən “Pasquotak” həbsxanasında güclü yanğın baş verib.
Yanğını həbsxanadan qaçmaq istəyən məhkumlar törədib.
Hadisə ilə bağlı açıqlama verən Şimali Karolina İctimai Təhlükəsizlik Qurumu yanğında 2 həbsxana nəzarətçisinin həlak olduğunu, 10 məhkumun yaralandığını bildirib.
Yaralanan məhkumlar xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı qaçmaq istəyən məhkumlar isə saxlanılıb.