​Məhkəmələrdəki problemli kreditlərlə bağlı işlərin hamısı təxirə salınıb

Baxış sayı:
5830

Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərin məhkəmə proseslərində iştirakı barədə danışıb. 
Məlumata görə, R.Rzayev bildirib ki, media nümayəndələri açıq məhkəmə iclaslarının hamısında sərbəst şəkildə işıqlandıra iştirak edə və prosesi işıqlandıra bilər.
Ali Məhkəmənin sədri qeyd edib ki, yalnız dövlət sirri və ailə münasibətləri ilə bağlı məhkəmələr qapalı keçirilir və belə proseslərdə jurnalistlərin iştirakı qadağandır.
R.Rzayev məhkəmələrdə kreditlərlə bağlı icraatda olan işlərdən də danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemli kreditlərin icraatı təxirə salınıb"./Bakupost