Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi - HÖKM QÜVVƏDƏ QALDI

Baxış sayı:
2083

Bakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

“Report” xəbər verir ki, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən şikayət təmin edilməyib və R.Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb.