​Məhkəmə rahib Bransonla bağlı 3-cü dəfə QƏRAR VERDİ

Baxış sayı:
4456

Amerikalı rahib Endryu Bransonun vəkili İsmayıl Halavrut Türkiyə məhkəməsinə müvəkkilinin ev dustaqlığından buraxılması ilə bağlı 3-cü dəfə müraciət edib.
Muxalifet.az xəbər verir ki, İzmir 3-cü Ağır Cinayətlər Məhkəməsi isə rahib haqqındakı ədliyyə nəzarəti və xaricə çıxmaq qadağasına etiraz edən müraciəti rədd edib. Məhkəmə rahibin ev həbsinin davamına qərar verib.
PKK və FETÖ terror təşkilatları adına cinayət işləmək və dövlət əhəmiyyətli sirləri casusluq yolu ilə başqa dövlətə ötürmək ittihamları ilə həbs edilən rahibə 35 il həbs cəzası tələb edilib. Lakin onun səhhəti nəzərə alınaraq ev həbsinə buraxılıb.