​Məhkəmə Köçəryanı zaminə buraxmadı

Baxış sayı:
3376

Yerevan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanı zaminə buraxmaqdan imtina edib.
"Robert Köçəryanın zaminə buraxılması barədə vəsatət təqdim olunub. Söhbət kifayət qədər böyük məbləğdən gedib. Vəsatət təmin olunmayıb", - deyə jurnalistlərlə görüşdə vəkil Ruben Saakyan bildirib.
Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə dünən həbs edilib.(“Report”)