Məhkəmə “Hacı Mazan”ının oğlunun tərtib etdiyi protokolu LƏĞV ETDİ

Baxış sayı:
4954

Xəbər verdiyimiz kimi, “Hacı Mazan” adı ilə tanınan biznesmen Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Unikal.org-a Bayram Zeynalovun Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində olduğu dövrdə tərtib etdiyi protokolun  məhkəmə tərəfindən ləğv edilməsinin surəti daxil olub. 
Belə ki, Zeynalov Bayram Ramazan oğlu tərəfindən Sumqayıt şəhər sakini İbrahimov Sərkər Kərim oğlu haqqında İXP seriyalı, 1790380 nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Qərarə əsasən,  S.İbrahimov Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə inzibati tənbeh tədbiri tətbiq edilib.
Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Hüseyn Nəbiyev tərəfindən sözügedən iş üzrə Zeynalov Bayram Ramazan oğlunun tərtib etdiyi protokolun ləğv edilməsi üzrə qərar qəbul edilib.