Məhkəmə binasında dustaqlar arasında dava – Xəsarət alanlar var

Baxış sayı:
11689

Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib. Hadisə zamanı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib. Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 1989-cu il təvəllüdlü Tural Fərəcov da xəsarət alıb. Faktla bağlı araşdırma aparılır./report