​Məhbusa qarşı vəhşilik kameraya yaxalandı, məhkəmə qərar verdi – Video (18+)

Baxış sayı:
10081

ABŞ-ın Kaliforniya ştatında məhkəmə 200-ə qədər məhbusun iddiasını təmin edib. Onlar işgəncəyə görə cəzaçəkmə müəssisəsinin əməkdaşlarını günahlandırırdılar.
Muxalifet.az xəbər verir ki, məhkəmə həbsxananı 1,4 milyon dollar cərimələyib.
İddia 2017-ci ilin mayında qaldırılmışdı. Buna həbsxananın dörd əməkdaşının şizofreniyadan əziyyət çəkən 28 yaşlı Bo Banqerti döyməsi səbəb olmuşdu. Kamera yoldaşının dediyinə görə, Bonun bəzi hərəkətləri nəzarətçini əsəbiləşdirimiş. Psixi problemləri olan məhbus gündə bir neçə dəfə qapını döyür, kamerada fasiləsiz gəzişirmiş.
Döyülmə faktlarını müşahidə kamerasının görüntüləri təsdiqləyib. Videonu inspektorlardan biri görüb və həbsxana rəhbərliyinə məlumat verib. Məhkəmə qərar verib ki, cəzaçəkmə müəssisəsi əməkdaşların qanunsuz davranışına görə Banqertə 250 min dollar kompensasiya ödəməlidir. Həbsxananın üç əməkdaşı işdən qovulub. Onlardan ikisi günahını etiraf edib. Dördüncü nəzarətçiyə isə bəraət verilib. Çünki onun təqsiri sübuta yetirilməyib.
Bu qərarla iş bitmir. Həbsxanada daha çox məhbusa işgəncə verilib. Ümumilikdə işgəncə iddiaları ilə bağlı 456 şikayət var.