​“Məğlub olduğunu anlayan Poroşenkonun yeni planı..." – DEPUTATDAN ŞOK AÇIQLAMA

Baxış sayı:
9646

Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko deyib ki, prezident Pyotr Poroşenko ölkənin baş naziri olmaq niyyətindədir. Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
 
Deputatın sözlərinə görə, Poroşenko artıq prezident seçkilərində məğlubiyyəti ilə barışıb və ona görə də hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsində ən maraqlı şəxsdir: "Artıq prezident seçkilərində məğlub olduğunu anlayan Poroşenko yeni planını müəyyənləşdirib – o, Ukraynanın baş naziri olmaq istəyir".
 
Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.
 
İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.
 
Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək./Sputnik Azərbaycan