"Meyxanaçılarla danışmağa qorxursan" - Ramal

Baxış sayı:
17404

"Əvvəl soruşmurdum, amma indi efirə çağrılanda mənimlə yanaşı kimin olacağını soruşuram".

Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov "Ulduzlu yayım" verilişində deyib. O, efirdə ifaçılarla qalmaqal yaşamasından danışıb:

"Təsəvvür edin, mənimlə meyxanaçı çağırırlar. Ağzını açıb bir söz soruşan kimi, başlayırlar "Nə olub meyxanaçılara?". Heç nə olmayıb, sərvətimizdir, kökümüzdür. Sadəcə meyxanaçı mənim çalışdığım aranjimançı ilə işləyir, söz yazır, başlayır oxumağa. Meyxananın dadı-duzu harda qaldı? Mənimlə birlikdə Elarizin oxşarın çağırıb, ağzına gələni oxuyur. Sonra deyirlər, Ramal şən, pozitiv deyil. Ramal evdən əhvalı yüksək çıxır, gəlir "bayağı" dediyi musiqiçi yanında oturur. Ağzından bir kəlmə söz çıxır, yazırlar.

Başlayır, zənglər gəlir, mesaj yazır, gör sənin haqqında nə deyəcəm, arxivini çıxardacam. Hə, çıxart, bir-birimizi biabır edək".