​"Meyxanaçılar arasından heç vaxt gey çıxmayıb" - Aqşin Fatehdən QALMAQALLI MÜSAHİBƏ - VİDEO

Baxış sayı:
12939

Bir zamanlar meyxanaçı kimi böyük şöhrət qazanan Aqşin Fateh qalmaqallı videomüsahibəsi ilə gündəm yaradıb. 
AZXEBER.COM-un yeni layihəsinin qonağı olan meyxanaçının uzun zaman danışılacaq müsahibəsini təqdim edirik.
"Deyəcəm yenə çoxlarının xətrinə dəyəcək. Əvvələr sosial şəbəkələr yox idi. Bir audio kaset yazıb, şansa buraxırdıq. Onun effektini gözləyirdik. Bütün həyatın bir şansa bağlı idi. Əvvələ dövlət televiziyasına tək-tük adamlar çıxırdı. Biz də 2000 -2001-ci il də ANS-də "De gəlsin” verilişindən başladıq. Daha sonra Elşənlə birgə duet oxuduq bə xalq tərəfindən sevildi. Biz həmin albomda vətənpərvərlikdən, sevgidən danışırdıq. Böyük bir uğur əldə etdik. İndi hansısa bir xanım və ya dırnaq arası fenomenlər evdə video çəkir onlara baxırlar. Mədəni insanlar canlı yayım edəndə isə çox az adam izləyir. Bu gün biri çıxıb tərbiyəsiz danışsın, və ya qalmaqal etsinlər o dəqiqə məşhur olur. Amma elə məşhurluğun bərəkəti yoxdur. Bu insanlara şüur altı zədələr vurur..
- Bəzi insanlar meyxananı küçə və tin sənəti adlandırırlar. Meyxananın efirlərdə səslənməsinə qarşı olur...
- Meyxana ola bilər ki, gec məşhurlaşıb, gec addımlayıb. Əvvələr 3-5 meyxana deyən var idi. Onları da Bakının kəndlərində və bəzi rayonlardan izləyirdilər. Elə missal üçün "Çağırsa ellər gedərəm davaya”. Bu əsərin 100 il yaşı var. Ümumi filmlərdən bir fraza dillər əzbəri olub. O vaxtlardan meyxana deyənlərə imkanlar verilsəydi, əminəm ki, bu gün kimi trenddə birinci olardılar. O vaxtlar geniş imkanlar verilməyib. 90-cı illərdə tvdə dövlət başçıları tərfindən meyxanaya dəstək oldu. Bununla də təsdiqin tapdı ki, meyxana sənəti Azərbaycanın şifahi xalq ədəbiyyatın ən gözəl nümunələrindən biridir. Şairlər aylarla baş sındırıb bir bənd yazarlar, meyxanaçılar isə bədahətən çıxıb elə bir meyxana deyər ki, hər kəs onu bəyənər. Bu içdən gələn bir enerjidir. O enerjini tamaşaçıya ötürürsən və aldığın sevincin misli bərabəri olmur.  
Tin söhbətinə gəldik də isə əvvəllər musiqilər harda idi? Tinlərdə, konsertdə, toyxanalarda. Tin sözünü başa düşmürəm? Tin də, küçə də, efir də bizimdir. Bəzi meyxanaçılar efirə nisbətən tində bir az ədəbdən kənar meyxanalar deyirlər. Ona görə insanların ağlında elə qalıb. Əsl sənətkar odur  ki, hər yerdə sənətin səviyyəsini saxlasın. O fərdlərin üzərində olan bir şeydir, sənətin özün aşağılamaq lazım deyil.
- Hətta bəzi yazıçılar iddia edirlər ki, meyxana sənəti primitiv bir sənətdir. Onun dinləyiciləri də aşağı  düşüncə sahibləridir.
- Meyxanaya primitiv deyənlərə bdemək istəyirəm ki, bu gün ki, məşhur müğənnilərin ən çox sevilən mahnılarının müəllifi meyxanaçılardır. Mən özüm Xatirə İslam, Nazpəri və belə məşhur bir çox müğənnilərə mahnılar vermişəm.  İstər müğənni, şair və ya yazıçı olsun əgər hünərləri varsa, meyxanaçılarla debata gəlsinlər. Heç debatda olmasın adı gəlib bizlə adi məntiqlə danışsınlar, görəcəklər ki, necə dərin düşüncəli insanlarıq. Bizim bazamız Nəsimiyə, Füzuliyə gedib çıxır. 
- Bir peşəkar meyxana ustası kimi meyxananın son durum size qane edirmi?
- Kənardan baxırdım ki, meyxana sənətini artıq ucuzlaşdırırlar. Meyxana sənətində olanlara bilməlidilər ki, onlar təkcə öz adlarını yox, böyük bir sənətin davamçılarıdır. Mən əsas Nəsimi ilə Fizulinin adın çəksəm dünyanı diz çökdürə bilərlər. 
- Meyxana deyənlərin bəzilərinin narkotik vasitələrədən istifa etdiyin çoxları düşünür.  Bəzi meyxanaçılar bu fikirlə razı olmurlar. Sizcə bu deyilənlər nə qədər düzgündür?
- Meyxanaçılarda başqa qüsur tapa bilmirlər. Meyxana deyənlərdən geylər, tərbiyəsizlər çıxmır. Bir az zəif nöqtələri bəzi meyxana deyənlərin narkotik vasitələrdən istifadə etmələdir. Müğənnilərin də bunu deməklə istəyirlər ki, meyxanaçıları xalqın gözündən salsınlar. Otruruşları, duruşları ilə meyxanaçılar seçilir. Bizim düşmənlərimiz çoxdur. Narkotik vasitələrindən müalicə edə bilərik. Bəs bu baş alıb gedən ədəbsizliyin qarşısını necə alaq? Ən böyük örnək mən. Heç bir vasitədən istifadə etməyərək ağlım başımda mahnı da yazıram, meyxana da deyirəm. Bunlardan istifadə etməsəm zəif olmuram ki. O sadəcə boş düşüncədir. Əslində o vasitələr müvəqqəti bir şeydir. Ona oğul deyərəm ki, heç bir vasitədən istifadən etməyərək çıxıb meyxana desin.
2000-ci illərdən bəri mən yaşıdlarımla birgə çalışdım ki, meyxananı böyük səhnələrə daşıyaq. Bunu da ədəbimiz, həyat tərzimizlə, geyimimizlə, kələmlarla bacardıq. İndiki yeni nəsil bizim qurduğumuz təməllə bu yerə gəlib çıxıblar. Bəziləri asan yolla qabağa getmək istəyirlər. Sənəti olan insanlar üçün problem deyil. Bəzilərində sənət olmadığı üçün bəsit mahnılar oxuyurlar. İndi çıxaq şəhərə orda məntiqlə şeir desəm baxmayacaqlar. Orda köynəyimi çıxardıb ədəbsiz söz desəm hamı telefonun çıxardıb məni çəkəcək.
- Bəs bu sadalağınız halların səbəbi nədir?
- Bəzi incəsənət adamlarının efirdə və sosial şəbəkələrdə özlərini necə aparmaları önəmlidir. Tərbiyəsizlik eləsələr onu, təbliğ etmiş olurlar. Bu sənətçilərlə yanaşı da televiziyalar da böyük rol oynayırlar. Mənəviyyatsızlığı təbliğ etmək olmaz.
-Elşən Xəzərlə duetləriniz hələdə dillərdə gəzir. Amma sizdən sonra Elşən sənətdən uzaqlaşdı. Siz qayıtsanız da Elşəni hələ ki görmürük...
- İncəsənətdə hər kəsin bir planı və taktikası var. Elşəni həmişə dəstəkləmişəm. O İncəsənətin şou tərəfindən 2 ildir ki, uzaqlaşıb. Mən isə 12-14 ildir uzaqlaşmışdım. Biz hamımız dini mahnılar oxusaq, meydan bəsit meyxanaçılara qalar. İndi ağzına gələni oxuyub sosial şəbəkələrdə trend olurlar. Amma o sosial şəbəkədə trend olanlar elə orda da qalacaq. Yaxşı ki, televiziyalarda qadağalar olur. Hər kəsi efirə buraxmırlar.
- Açıqlamalarınız birində bəzi müğənnilləri sərt şəkildə tənqid edərək bildirmişdiz ki, sənəti olmayan müğənnilər bahalı avtomobillərin vilaların reklam etmələri gənc nəslə korladığınızı dedimisiz. Bir az o haqda danışmaq istərdik.  
- Bu gün mənə yüzlərlə xanım yığıb mahnı istəyirlər. Soruşuram ki, indiyə kimi hansı mahnını ifa etmisiz, göndərin səsinizə qulaq asım. Deyirlər ki, indi oxuyanların səsi yoxdur ki, görünüşümüz var bu kifayət  edir. Səsimi studiyada düzəldib oxuyacam. Bu  o deməkdir ki, yoldaşından ayrılan, valideynlərindən küsən qız gəlinlər ora-bura baxıb  fikirləşirlər ki, gedəcəm müğənni olacam. Görüş sözünün arxasında bir çox məqamlar durur.  Pul olduqdan sonra gedib efirə də çıxacam.  Sabah o mahnıya baxanda altında müəllif mənim adım olanda görəcək. Mən də istəmirəm ki, özümü elə ucuz satım.
Bu gün bu qızlar birindən istifadə edirlər, sonra keçirlər başqasına, belə dövr edir. Bu dediklərimə də cılız insanlar cavab verdi. Onlara evdə baxan xanımlar düşünür ki, bizdə onlar kimi bahalı geyimlər geyinib, elə yerlərə getmək üçün biz də belə olmalıyıq. Amma bu belə deyil.
- Dində musiqinin haram olduğu deyilir. Sizin dinə bu qədər bağlı olub, musiqi oxumağınız birmənalı qarşılanmır.
- Müsəlmən ölkələrində bir çox filmlər çəkilib. Elə filmlərdə də musiqi var. Musiqisiz dünya kütləsinə nə filmi, nə də sözü çatdırmaq olmur. Fona musiqi qoyurlar ki, tamaşaçını yormasınlar. Efir elə bir yoldur ki, sözümüzü dünyaya çatdıraq. Bir mahnım sevgidən, biri dindəndir. Bizə icazə verilsəydi islamı mahnılar oxuyardıq. Ancaq efir mədəniyyət qayda-qanunlara uymaq lazımdır. Sevmək haram deyilsə sevgidən oxumaq niyə haram olsun. Kim deyirsə sevmədən evlənirəmsə yalandır. Sevgi olmadan necə yaşayarsan o insanlar, vətənə sevgi olmasa  vətən uğrunda canından keçmiş insanlar var. Sevgidən oxuyanda da sadiqliyi aşılayırıq, xəyanəti yox. 
- Meyxananın kişi sənətini olduğun deyirsiz. Bəs meyxana deyən xanımlara münasibətiniz necədir ?
- Müğənni xanımları başa düşürük. 20 il əvvəl baxsaq, bu həqiqətən kişi sənətidir. Qadınlardan şairələr gözəl əsər yaradıb. Qadın da meyxana deyə bilər. Əgər Azərbaycan xanımına yaraşan tərzdə doğru, mədəniyyətli deyə bilirsə desin. Ancaq bir şərtlə ki, qadınlığını ucuzlaşdırmasınlar.
-Sənətdən uzaq duran illərdə hansı çətinliklərlə qarşılaşmısız.
- Sənətdən uzaq duranda çox çətinliklər çəkdim. Xalq içində olub birdən kənara çəkilmək çətin olur. Ən əsası ailəm var, maddi çətinliklərlə qarşılaşmışam. İncəsənətdən uzaqlaşanda 5 il islamı toylarda məclislər də təmannasız iştirak etmişəm. Atamın Allah canını sağ etsin, o çox dəstək oldu mənə. Ailəm hər bir seçimimə hörmətlə yanaşdı. Hansı qərar versəm onlar da bu qərara razılaşar.