​Meyvezerin korteci atəşə tutuldu

Baxış sayı:
3544

ABŞ-ın Atlanta şəhərində naməlum şəxslər məşhur amerikalı boksçu Floyd Meyvezerin kortecini atəşə tutub.
Muxalifet.az “Atlanta Journal-Constitution”a istinadən xəbər verir ki, açılan atəşdən boksçunun cangüdəni ayağından yaralanıb.
“Meyvezer böyük ehtimalla avtomobillərin birində olub və yaralanmayıb. İlkin ehtimala görə, onun korteci təsadüfi atəşə tuş gəlib” deyə Atlanta polis idarəsinin nümayəndəsi bildirib.