Meyvezerdən Həbibin çağırışına CAVAB

Baxış sayı:
6484

Boks üzrə 5 çəki kateqoriyası üzrə 12 qat dünya çempionu Floyd Meyvezer-balaca UFC çempionu Həbib Nurməhəmmədovun döyüş çağırışına cavab verib.

Muxalifet.az-ın məlumatına görə, Meyvezer-balaca Tvitter səhifəsində çağırışı qəbul etdiyini yazıb:

“CBS, Showtime və MGM Grand çek kitabçalarınızı hazır edin! Həbib mənə çağırış edib. Las-Veqası yenidən möhtəşəm edəcəyik!”.

Xatırladaq ki, 30 yaşlı H. Nurməhəmmədov oktyabrın 14-də videomüraciət yayaraq özü kimi karyerası dövründə bir dəfə də olsun uduzmayan Floyd Meyvezeri döyüşə dəvət etmişdi: “İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”.