​"Meydan" TV-nin əməkdaşına 30 sutka həbs verildi

"Meydan" TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov sentyabrın 16-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketçiliklə və hədə-qorxu ilə tələbetmə şöbəsi tərəfindən saxlanılıb.
Bir neçə dəqiqə bundan əvvəl Şirin Abbasova polisə müqavimət maddəsi ilə 30 sutka azadlıqdan məhrumetmə cəzası verilib.
Bu barədə jurnalistlə görüşən anası məlumat verib.