​Metsamor AES "bombalandı" – Ermənistanda HƏYƏCAN

Baxış sayı:
5089

Ermənistan sakini ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “qaynar xətt”inə Metsamor Atom Elektrik Stansiyasının (AES) minalanması barədə yalan məlumat verib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda respublika polisinin informasiya və KİV-lə əlaqələr üzrə şöbəsinin rəisi Edqar Canoyan bildirib.
Canoyan bildirib ki, yalan məlumat vermiş vətəndaş bu addımı borca görə elektrik enerjisini kəsməklə hədələnməsinə cavab olaraq atıb. Fakt üzrə araşdırma aparılır.
Terrorizm aktı haqqında yalan məlumata görə üç ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.