Metronu robotlar təmizləyəcək - Hökumətdən qərar

Baxış sayı:
7297

Dubayda robotlar metro stansiyalarında təmizlik işləri görməyə başlayıb. Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Dubayın nəqliyyat və yollar komitəsi süni intellektlə idarə olunan robotları ilk dəfə “Union” metro stansiyasında sınaqdan keçirib. Test rejimində işləyən təmizləyici texnika ilk gündən onun insandan daha səmərəli işlədiyini göstərib. Bundan əlavə, metronun ərazisini təmizləmək üçün robotlar daha az su sərf ediblər. Belə robotların işləmə zamanı faktiki operator xidmətinə ehtiyac yoxdur və onları müxtəlif təmizləmə rejiminə proqramlaşdırmaq mümkündür. Təmizləyici aparatlar proqramlaşdırılmış istiqamətdə getməsi və maneələri toqquşmadan keçməsi üçün sensorlarla təchiz olunub. Robotun hündürlüyü – 128 santimetrdir və onun 90 litr su daşımaq imkanı var.