Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ: Sabahdan bu stansiya...

Baxış sayı:
4702

Noyabrın 6-dan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq.
"Bakı Metropoliteni" QSC-dən Muxalifet.az-a verilən məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq.
"Məqsəd sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir. Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək".