​Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Səhər saatlarında Bakıda metroda qatarların hərəkətində gecikmələr yaranıb.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarların qrafikindəki gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədar olub.
N.Paşayev deyib ki, səhər tezdən qatarların depodan xəttə qəbul edilməsində problem yaşandı: "Yəni, xəttə kifayət qədər qatar qəbul edə bilmədik. Ona görə də stansiyalarda sərnişin sıxlığı yarandı. Səhər saat 7-dən sonra artıq xəttə qatarların tam hərəkətini bərpa etdik. Buna baxmayaraq, sərnişin sıxlığı var idi".
Onun sözlərinə görə, hazırda qatarların qrafiki bərpa olunub, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxlığı da tam aradan qaldırılacaq.