Metroda qumbara həyəcanı

Baxış sayı: 40

Rusiyanın Sankt-Peterburq şəhərində metroda qumbara daşıyan şəxs saxlanılıb.
Publika.az xəbər veri ki, metroda yoxlama zamanı 42 yaşlı Belarus vətəndaşının çantasında qumbara olduğu aşkarlanıb. Buna görə stansiyanın fəaliyyəti 20 dəqiqə dayandırılıb. Stansiyadakı insanlar təcili çölə çıxardılıblar.
Belarus vətəndaşı polislər tərəfindən yaxınlıqdakı bölməyə aparılıb.
Aşkarlanan qumbara isə Daxili İşlər Nazirliyinin ekspertiza mərkəzinə göndərilib.