​Metroda insident: GƏNC ÖZÜNÜ RELSİN ÜSTÜNƏ ATDI

Baxış sayı:
6946

Bu gün saat 09:25-də Bakı Metropoliteni QSC-nin "Koroğlu" stansiyasında insident baş verib.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.
Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.