Metroda gediş haqqı artacaq? - “Subsidiyanın 5 milyon manat azadılması...”

Baxış sayı:
6403

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb.

Muxalifet.az-ın modern.az-a istinadən məlumatına görə, bununla bağlı şərh vərən iqtisaçı Qubad İbadoğlu bildirib ki, 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılılıq edir:

"Qeyd edim ki, cari il üçün “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması böyük ehtimalla metroda gediş haqlarının artırılmasına hesablanmış dəyişiklikdir".

Məsələ ilə bağlı “Bakı Metropolteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov modern.az-a açıqlama verib. O bildirib ki, deyilənlər həqiqətə uyğun deyil:

“Gediş haqqının artırılması gündəmdə deyil”.