​METRO KARTLARI TELEFONLARLA ƏVƏZLƏNƏCƏK

ABŞ-ın Nyu-York şəhər bələdiyyəsi bütün ictimai nəqliyyat şəbəkələrində ağıllı telefon və kredit kartları sistemlərini işə salacaq.
Publika.az xəbər verir ki, nəqliyyatda istifadə edilən ödəniş kartları istifadədən qalxacaq və dijital modelə keçiriləcək.
Yeni model kart oxuyanlar isə gələn ildən etibarən quraşdırılacaq. İnfrstruktur üçün şəhər bələdiyyəsindən 573 milyon dollar maliyyə ayrılacaq.
Şəhərin köhnə metro sistemini modernləşdirməyi planlaşdıran Nyu York-Nəqliyyat Agentliyi yeni sistemlə kart problemlərindən qurtulmağı və sərnişinlərin sürətli hərəkət etməsini hədəfləyir.