Metro istifadəçilərinə ŞAD XƏBƏR - Avqust ayında...

Baxış sayı:
3229

Xətai” stansiyasında yekun işlər avqust ayında bitəcək”.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib.
Qurum rəsmisi vurğulayıb ki, stansiyanın istifadə veriləcəyi tarix hələlik məlum deyil:
“Hazırda stansiyada tikinti-quraşdırma üzrə yekun işlər görülür. Ekskalatorlarda isə sınaq və tənzimləmə işləri davam etdirilir. Adətən son tamamlama işləri bir qədər vaxt aparır. Lakin nəzərdə tutulan bütün işlərin avqust ayında bitəcəyi gözlənilir”.
Bakı metrosunun ən dərin stansiyası olan "Xətai"nin yenidənqurma işlərinə ötən il sentyabrın 27-də başlanılıb. "Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb.