​Metro çökdü: Torpaq altında qalanlar var - VİDEO

Baxış sayı:
2854

Türkiyədə metro tunelinin çökməsi nəticəsində ölənlər olub.
Muxalifet.az Unikal.org-a istiinaden xəbər verir ki, hadisə Ümraniyə bölgəsində baş verib.
Belə ki, inşası davam edən metronun yerləşdiyi ərazidə çökmə baş verib. Metro tunelinin tavanın çökməsi nəticəsində yaxınlıqdakı binanın gözətçi məntəqəsi torpağın altında qalıb. Hadisə yerinə xilasetmə qüvvələri və səhiyyə işçiləri ezam olunub. Xilasetmə qüvvələrinin səyi nəticəsində 2 şəxsin cəsədi tapılıb. Axtarışlar davam edir.
Həmçinin ətraf-mühitə təbii qaz qoxusu yayıldığı üçün vətəndaşlar küçəyə axın edib. Hadisə yerinə gələn mütəxəssislər əraziyə verilən qazın axışını kəsib.