Mete Yarardan açıqlama: "TÜRKİYƏ ƏVVƏLCƏ QƏNDİLƏ GİRƏCƏK"

Baxış sayı:
3685

Türkiyənin təhlükəsizlik üzrə elsperti Mete Yarar, “Yəqin ki, Türkiyə Qəndilə əməliyyat planını önə çəkə bilər. Bəlkə qarşıdakı dövrdə Münbiçdən əvvəl Qəndilə əməliyyatı daha prioritet olacaq” deyib.
 
Təhlükəsizlik üzrə ekspert Mete Yarar, "Zeytun Budağı” Hərəkatının İqtisadi və Strateji Əks Olunmaları" ilə bağlı tədbirdə çıxış edib.
Mete Yarar, "Cənab prezident və MHP başqanı Bağçalı da çıxışlarında bəzi təhdidlərdən bəhs etmişdilər. Təhdidlərdən bir dənəsi xarici siyasət sahəsindəki hadisələrdir. Zənnimcə, ikinci amil çox daha əhəmiyyətlidir. Xarici siyasət daha mühüm bir mərhələyə gəldiyi üçün seçkilərin önə alınması daha əlverişli görünür" deyib.
“Fərat Qalxanı” Hərəkatı ilə Türkiyənin Astana prosesini başladığını bildirən Yarar, "Afrin hərəkatı ilə də Türkiyə, Yaxın Şərqdə əslində nə qədər lider ölkə olduğunu da digər ölkələrə göstərməyə başladı. Bunlardan biri Avropa İttifaqı, digəri isə ABŞ-dır. Yəni Türkiyə ilə birlikdə hərəkət etmədikləri müddətdə hansı fiquru çıxarırsa, çıxartsın, əslində, nə qədər boş bir səy olduğunu Türkiyə hamısına sübut etmiş oldu" deyə, söyləyib.
 
MÜNBİÇTEN ƏVVƏL QƏNDİLƏ ƏMƏLİYYAT
 
Yarar, Menbiç hərəkatından əvvəl Qəndilə əməliyyat ediləcəyini ifadə edərək, bunları qeyd edib:
 
“Münbiç hərəkatının başlaması üçün gözləmək lazım olduğuna inanıram. Çünki eyni vaxtda Şimali İraqda Hakurk zonasından Qəndilə sarı xəncər kimi irəliləyən bir hərəkat var. Afrin hərəkatının əslində bir az kölgəsində qaldı, amma orada da bir əməliyyat var və bu əməliyyat da çox kiçik bir əməliyyat deyil. Keçirildiyi yer və məna etibarilə çox əhəmiyyətli bir hərəkat prosesidir. Yəqin ki, Türkiyə, Qəndilə sarı əməliyyat prioritetini önə ala bilər. Münbiçdən əvvəl Hakurk bölgəsindəki əməliyyat, bir irəli mərhələyə apara bilər, çünki aylar əvvəl başlayan bir əməliyyat idi və yaz üçün hazırlıq görülürdü. Bəlkə qarşıdakı dövrdə Münbiçdən əvvəl Qəndilə əməliyyatın keçirilməsi daha prioritet olacaq".
Müxalifət.az