​Mesut Özil "Arsenal"dan gedir - İtaliya nəhəngi elçi düşdü

Baxış sayı:
5038

İtaliyanın “İnter” klubu türk əsilli alman futbolçu Mesut Özilə elçi düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Seriya A təmsilçisi transfer üçün hərəkətə keçib.
Mesut Özilin “Arsenal”la 2021-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm “Arsenal” forması isə 12 matça çıxıb. 30 yaşlı ulduz 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.