Messinin xanımı boksla məşğul olmağa başlayıb - FOTO

Baxış sayı:
2739

"Barselona” futbol klubunun argentinalı hücumçusu, İspaniya futbolu tarixinə bir klubda 500 qələbə matçı keçirən oyunçu kimi düşən Lionel Messinin xanımı Antonella Rokuzzo boksla məşğul olmağa başlayıb.

“Report” xəbər verir ki, futbolçunun həyat yoldaşı bununla bağlı fotoları özünün “İnstagram”dakı hesabında yerləşdirib.

Antonella Rokuzzonun statusu 1 milyondan çox izləyici tərəfindən bəyənilib.

Messi və Antonella artıq neçə ildir birlikdədir. Lakin cütlük yalnız 2017-ci ilin iyulunda evlənib. Onların üç övladı var.