MESSİNİN QOLU SINDI - Meydanlardan kənarda qalacaq

Baxış sayı:
3340

Dünən İspaniya çempionatında "Barselona"nın “Sevilya”ya qarşı keçirdiyi oyunda komandanın superulduzu Lionel Messi ağır zədələnib.

Muxalifet.az xəbər verir ki, oyunun 27-ci dəqiqəsində rəqiblə mübarizə zamanı qolu sınan klubunun argentinalı forvardı təxminən 20 gün meydana çıxa bilməyəcək.

Bildirilir ki, Messi gələn həftə "Real Madrid" və Çempionlar Liqasında "İnter"ə qarşı keçiriləcək hər iki matçı buraxacaq.