Messinin həbs cəzası cərimə ilə əvəzlənib

Futbolçunun özü 252 min atası Xorxe Messi isə 180 min avro cərimə ödəməlidir
 
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin 21 aylıq həbs cəzası pul cəriməsi ilə əvəzlənib. EFE agentliyinin verdiyi məlumata görə, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, cərimənin məbləği 252 min avrodur. Öz növbəsində, Messinin atası Xorxe Messi 180 min avro cərimə ödəməlidir. Prokurorluq hadisələrin belə inkişafına qarşı çıxmayıb.
Qeyd edək ki, futbolçu və atası 2007 - 2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxıblar. Məhkəmənin həbs hökmü həbsxanada olma anlamına gəlmir. Çünki İspaniyada 2 ildən aşağı bütün cəzalar sınaq müddəti sayılır.