Messidən möhtəşəm qol - 4 MÜDAFİƏÇİ ÇARƏSİZ VƏZİYYƏTDƏ... / Video

Baxış sayı:
7259

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin İtaliya "Napoli"si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə vurduğu qol xeyli baxımlı alınıb. 

Belə ki, argentinalı hücumçu cərimə meydançasına daxil olduqdan sonra rəqibin 3 oyunçusunu keçib və yerə yıxılmasına baxmayaraq, topu qapının uzaq küncünə göndərib. Bu qol epizodunda "Barselona"nın bütün 11 oyunçusu topa toxunub. 

 

 

Qeyd edək ki, "Napoli" Lionel Messinin Çempionlar Liqasında məyus etdiyi 35-ci komanda olub. "Barselona" 3:1 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib.