​Messi uşaqlıqdan oynamaq istədiyi klubu açıqladı

“Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messi etiraf edib ki, uşaqlıqdan Rosario şəhərinin “Nyuells Old Boyz” klubunda çıxış etmək arzusunda olub. 
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Goal.com nəşri məlumat yayıb. 
“Mən həmişə “Nyuells” klubunda oynamaq istəmişəm. Uşaqlıqda belə arzum olub. Təsəvvür edirdim ki, Argentina Premyer Liqasında oynayıram. Lakin indi həmin klubda oynayıb-oynamayacağımı bilmirəm. Mən yaxın 10 il ərzində nə baş verəcəyini bilmirəm” – futbolçu deyib.
Qeyd edək ki, argentinalı 2004-cü ildən etibarən “Barselona”nın əsas komandasında çıxış edir. 30 yaşlı Messinin klubla müqaviləsi 2018-ci ilin yayında bitir.