Messi Müllerin rekordunu təzələdi

Baxış sayı:
1177

Kataloniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Avropa top-liqasında (İspaniya, İngiltərə, Almaniya və Fransa) eyni klubda vurulan qolların sayına görə “Bavariya”nın hücumçusu Herd Müllerin rekordunu təzələyib.
Muxalifet.az xəbər verir ki, argentinalı İspaniya çempionatının 19-cu turunda “Real Sosyedad”la səfərdə keçirilən matçda (4:2) qol vurub. Beləliklə, onun İspaniya birinciliyində keçirdiyi 401 matçda vurduğu qolların sayı 366 olub.
1964-cü ildən 1979-cu ilədək “Bavariya”nın idman şərəfini qoruyan Müller isə Almaniya çempionatında keçirdiyi 427 matçda 365 qol vurub.
Messi “Barselona”da 2004-cü ildən oynayır və bu vaxt ərzində o, səkkiz dəfə İspaniya çempionu, beş dəfə İspaniya kubokunun sahibi və dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
2017-ci il noyabrın 25-də “Barselona” Messi ilə kontraktın 2021-ci ilədək uzadıldığını elan edib və kontraktda futbolçunun sərbəst qalmaq qiyməti 700 milyon avro təyin edilib.