Messi ilə bağlı sensasion İDDİA

Baxış sayı:
6442

"Barselona" klubunun kapitanı Lionel Messi haqda sensasiyalı transfer xəbəri yayılıb.
İddia olunur ki, 33 yaşlı argentinalı hücumçu PSJ-yə keçə bilər.

Mənbənin yazdığına görə, Messi 4 il "Barselona"da komanda yoldaşı olduğu Neymarla yenidən birlikdə top qovmaq arzusundadır.

Fransa mətbuatında da bu tip xəbərlər dərc edilir.

Kataloniya klubunun Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 2:8 hesabı ilə acınacaqlı şəkildə məğlubiyyətinin ardından "Barselona"da radikal qərarlar qəbul edilib.

Baş məşqçi Kiki Setyen və komandanın idman direktoru Erik Abidalla yollar ayrılıb və klubun "sükanı" Ronald Kumana tapşırılıb.

Messi də məhz niderlandlı mütəxəssislə görüşündə "Barselona"dan ayrılmaq istədiyini bəyan edib. / "Offsideplus"