Messi bir aylıq oğlunu üzə çıxardı – FOTO

Baxış sayı:
6259

Argentina millisi və “Barselona”nın hücumçusu Lyonel Messi yeni doğulan oğlunun şəklini ilk dəfə paylaşıb.
Muxalifet.az xəbər verir ki, o, ailə üzvlərinin olduğu şəkli Instagram-dakı rəsmi səhifəsində yayımlayıb. Həmçinin bu şəkli onun model həyat yoldaşı Antonella Rakkutso da paylaşıb.
Xatırladaq ki, Lyonel Messinin üçüncü oğlu olan Siro ötən ayın 10-da doğulub. Onun digər oğulları – Tyaqo 2012, Mateo isə 2015-ci il təvəllüdlüdür.