​Messi balaca boyu ilə mübarizəsindən danışıb – İYNƏLƏR VƏ...

Baxış sayı:
3127

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi uşaqlığı və səhhətindəki problemlər barədə danışıb.
Argentinalı hücumçu "Onefootball" nəşrinə açıqlamasında 8 yaşından ona valideynlərinin iynələr vurduqlarını bildirib.
12 yaşında ikən isə Messi bunu özünün sərbəst yerinə yetirdiyini vurğulayıb: "Mən kurs keçmişdim. Hər axşam ayağıma boy hormonu iynəsi vururdum. Əvvəlcə birinə, sonra digərinə. İynə balaca olduğundan ciddi ağrı hiss etmirdim. Bütün bu proses adi idi. Bunu etməli idim və edirdim".
31 yaşlı hücumçuya uşaqlıqda boy hormonu çatışmazlığı diaqnozu qoyulub. Onunla müqavilə bağlamağı qərara alarkən "Barselona" müalicə xərclərini də ödəyib. Hazırda məşhur futbolçunun boyu 1,69 metrdir.
Qeyd edək ki, Lionel Messi dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top"un 5 qat sahibidir. O, "Barselona"nın heyətində 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun sahibi və 4 dəfə Çempionlar Liqasının qalibi olub(report).