Messi ABŞ-da oynamaq haqqında düşünür

Baxış sayı:
16689

Lionel Messi həmişə “Barselona”da oynamayacaq. Bunu indi Kataloniya klubunun azarkeşləri də gözəl anlayır.
 
Bizimyol.info xəbər verir ki, Messi ABŞ-da oynamaq haqqında düşünür. İspaniyanın “El Mundo Deportivo” qəzeti bu barədə yazıb. Nəşrin yazdığına görə, Messi Şimali Amerika Futbol Liqasında (MSL) oynamağın əleyhinə deyil.
 
Argentina milli komandasının kapitannını “Barselona” ilə müqaviləsinin müddəti 2021-ci ildə bitir. Hərçənd, razılaşmada yazılıb ki, Messi istədiyi vaxt klubu tərk edə bilər. Bu mənada argentinalını ABŞ-da daha tez görə bilərik.
 
Messi “Barselona”nın yetirməsidir. İndiyə qədər doğma klubunun heyətində 10 dəfə İspaniya çempionu olub. Canlı əfsanə 4 dəfə Çempionlar Liqasının qalibi olmağa da imkan tapıb.