Meşə yanğınlarında 1 milyarddan çox heyvan öldü - AVSTRALİYADA

Baxış sayı:
4846

Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölüb.

Bu barədə “TASS” agentliyi bununla bağlı tədqiqat aparan alimin çalışdığı Sidney Universitetinin mətbuat xidmətinə istinadən xəbər verib.

Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Qeyd edilir ki, təbiət hadisəsi Yeni Cənubi Uelys ştatının mərkəzi və şimali sahilyanı ərazilərində minlərlə koalanı, eləcə də digər nadir heyvan növlərini öldürüb.