“Mersedeslər kralı” döyülərək qarət olundu

Baxış sayı:
3136

Daha çox "Mersedeslər kralı" kimi tanınan məşhur bloqqer Lüdviq Bayser Moskvada qarət olunub və döyülüb.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxslər "Krasnıye vorota" metrostansiyasının yaxınlığında ona hücum edib və avtomobilinin açarlarını oğurlayıb.

Bloqqer bilək nahiyəsindən çoxsaylı xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Qeyd edək ki, L.Bayser Dağıstanda anadan olub. O, "Mercedes" markalı avtomobillər barədə hazırladığı müxtəlif qısa çarxlarla tanınır. Onun 225 min İnstaqram izləyicisi var.