​“Mersedes” Yaponiyada hamıdan güclü oldu

Baxış sayı:
1552

Formula 1 üzrə Yaponiyada keçirilən Qran Pri başa çatıb.
Muxalifet.az xəbər verir ki, “Mersedes”in britaniyalı pilotu Luis Həmilton 53 dövrəlik mübarizənin yekununda finiş xəttini birinci keçərək yarışın qalibi olub. Bununla o, karyerası ərzində 71-ci qələbəsini qazanıb. 
Onun finlandiyalı komanda yoldaşı Valteri Botas finişə ikinci çatıb. “Red Bull” pilotu Maks Verstapen üçüncü pillədə qərarlaşıb.
Ümumi sıralamada Luis Həmilton Yaponiya Qran Prisindən sonra 331 xalla I pillədəki mövqeyini daha da möhkəmlədib. “Ferrari”nin almaniyalı pilotu Zebastian Fetel 264 xalla II, Valteri Botas 207 xalla III, finlandiyalı pilot Kimi Raykönen 196 xalla IV sıradadır.
Avtomobillərin yarışında isə “Mercedes” 538 xalla qalib gəlib. “Ferrari” 460 xalla II, “Red Bull” isə 319 xalla III yeri tutub.
Qeyd edək ki, növbəti Qran Pri mərhələsi oktyabrın 19-21-də ABŞ-da keçiriləcək.