“Mersedes” motosikleti vurub: Türkiyə vətəndaşı yaralanıb
22-08-2017 09:02
Bakıda baş verən qəza zamanı Türkiyə vətəndaşı ağır xəsarət alıb.
Hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, "Elite" ticarət mərkəzinin qarşısında 1995-ci il təvəllüdlü Karakaya İbrahim Mehmet oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyib. Lakin bu zaman "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə motosikletin sürücüsü kəllə-beyin travması alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.