Mersedes kanala düşüb – 5 nəfər ağır yaralanıb

Ağdaş-Xaldan yolunda "Mercedes" markalı avtomobil kanala düşüb.
“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Onlardan üçü kişi, biri isə qadındır.
Yaralılar Ağdaş Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Baş vermiş qəzada yaralanmış şəxslərin adları məlum olub.
Yaralılar bunlardır:
Sürücü, Qəbələ rayon sakini 1969-cu il təvəllüdlü Cəlilov Yəhya Səlim oğlu,
Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini, 1940-cı il təvəllüdlü təvəllüdlü Mustafayev Cəmil Səməd oğlu,
Ağdaş rayonunun Orta Ləki kənd sakini, 1979-cı il təvəllüdlü Mustafayeva Rahilə Cəmil qızı,
Ağdaş rayonunun Qulbənd kənd sakini, 1982-ci il təvəllüdlü Həsənov Tərlan Rafael oğlu,
Ağdaş rayonunun Ləki qəsəbə sakini 1992-ci il təvəllüdlü İbadov Niyaməddin Əvəz oğlu./report